Son günlərdə ada mətbuatında "Mançester Yunayted"in Deyli Blind və Matteo Darmianla yollarını ayıracağına dair xəbərlər yayılıb. Apasport.az saytının "Telegraph"a istinadən məlumatına görə, "qırmızı şeytanlar"ın baş məşqçisi Joze Mourinyo iddialara cavab verib.
Portuqaliyalı mütəxəssis hər iki futbolçunun onun planlarına daxil olduğunu deyib: "Onlar mənim planlarıma daxildilər. Əgər oyunçu ayrılmaq istəyirsə və yaxşı təklif almışıqsa, o zaman bütün mümkün variantları dəyərləndiririk. Futbolçuların xoşbəxt olmalarını istəyirik. Yox, onlar getmək istəyirlərsə, nə edə biləcəyimizə baxırıq. Ancaq bir də deyirəm: onlar mənim planlarıma daxildilər. Blind və Darmianın satılmasını istəmirəm".
Qeyd edək ki, cari Premyer Liqa mövsümündə Blind və Darmian cəmi 6 matçda meydana çıxıblar.