Orxan Sadıqlının karyerasını harada davam etdirəcəyinə aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, gənc qolkiper “Xəzər Lənkəran”a qayıtmağı qərara alıb.
Qış fasiləsi yaranan kimi “ağ-yaşıllar”la yollarını ayıran 23 yaşlı qolkiperin adı “İnter” və AZAL klubları ilə birgə hallanırdı. Lakin o, sonradan fikrini dəyişərək, “Xəzər Lənkəran”a qayıtmağı məqsədəuyğun bilib. Bu məlumatı əməkdaşımızla söhbətində cənub klubunun baş məşqçisi Yunis Hüseynov da təsdiqləyib.
Qeyd edək ki, Orxan Sadıqlı Topaz Premyer Liqasında ilk yarının bütün oyunlarında meydanda olub və qapısında 24 qol görüb.
- Sabiq "Yunayted"li "Portu"da: 36 yaşlı müdafiəçi ilə 1 illik müqavilə
- Batrakov Türkiyə tribunalarına heyran qalıb: “65 min nəfər səs salanda meydanda heç nə eşidilmir”
- Kurtua hakimlikdən danışdı: “Bizə bir cür izah edirlər, bir həftə sonra əksini edirlər”
- Türkiyə millisində iki yeni çağırış – U-21-dən əsas yığmaya
- Tuxel Bellingemin İngiltərə millisində kapitan olmasına “Yaşıl işıq” yandırdı