[b]İtaliya millimizlə oyun öncəsi 2 itki ilə üzləşdi - YENİLƏNİB[/b]
09.10.2014 - 18:42
[b]İtaliya millimizlə oyun öncəsi 2 itki ilə üzləşdi - YENİLƏNİB[/b]

İtaliya millisi ciddi itkilərlə üzləşib. Bu barədə apasport.az saytına İtaliyanın “Rai” telenakanalının əməkdaşı bildirib.

 

Onun sözlərinə görə Tyaqo Motta ilə Pablo Osvaldo zədəlidir. Bunu bu gün İtaliya Futbol Federasiyasının həkimi Enriko Kastellatsi də təsdiqləyib. O, “Qarabağ”a qarşı “İnter” formasında forma geyinmiş Osvaldonun zədəsinin ciddi olduğunu və uzun müddətə sıradan çıxdığını bildirib.

 

Qeyd edək ki, sabah millimiz Bakı vaxtı ilə saat 23:45-də “Rentso Barbera” stadionunda İtaliya yığması ilə qarşılaşacaq.