[b]Ozan Can Kökcü millimizdən yenə imtina edir?[/b]
03.04.2018 - 15:23
[b]Ozan Can Kökcü millimizdən yenə imtina edir?[/b]

Ozan Can Kökcü yenidən Azərbaycan millisindən imtina edə bilər. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, gənc yarımmüdafiəçinin bu ölkənin yığmasını seçməsi gündəmdədi.

 

Belə ki, Türkiyə Futbol Federasiyasında futbolun inkişafı üzrə direktor vəzifəsində çalışan Tolunay Kafkas hazırda icarə əsasında Hollandiyanın I divizion təmsilçisi “Valveyk”in şərəfini qoruyan 20 yaşlı hücumameylli futbolçunun fikrini dəyişdirməyə çalışır. O, yerli mətbuata açıqlamasında müqavilə ilə “Bursaspor”a məxsus olan U-21 yığmamızın üzvünü Türkiyə millisinə qazandırmaq istədiyini etiraf edib.

 

Kafkas hətta oyunçunun ailəsi ilə görüşdüyünü də vurğulayıb: “Bu yaxınlarda Hollandiyaya getmişdim. Ozan Can Kökcünün ailəsi ilə görüşdüm. Olduqca istedadlı futbolçudu. Onu yığma komandamıza qazandırmaq istəyirəm”.

 

Qeyd edək ki, bir müddət əvvəl 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisində oynamaqdan imtina edən Ozan Can Kökcü sonradan fikrini dəyişib və son oyunlarda iştirak edib.

0