[b]Özil: Almaniyaya qayıtsam...[/b]
30.03.2017 - 13:26
[b]Özil: Almaniyaya qayıtsam...[/b]

“Arsenal”ın türk əsilli futbolçusu Məsut Özil karyerasını yenidən Almaniyada davam etdirə bilər. Apasport.az saytı “Bild” nəşrinə istinadən xəbər verir ki, bu barədə 29 yaşlı yarımmüdafiəçinin özü məlumat verib.

 

Özil açıqlamasında nə vaxtsa Almaniyaya qayıda biləcəyinə işarə vurub: “Yenidən Almaniya çempionatında oynamaq variantını istisna etmirəm. Ailəmin əksər üzvləri bunu istəyirlər. Onlar məni yenidən Bundesliqada görsələr, şad olarlar. Amma futbolda əvvəldən nəsə demək çətindi”.

 

Qeyd edək ki, əvvəllər “Şalke” və “Verder” klublarında çıxış etmiş Özil “Arsenal”a 2013-cü ildə Madrid “Real”ından keçib.