“Arsenal”ın yarımmüdafiəçisi Məsut Özil komandasını dəyişməyə hazırlaşır. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, Almaniya millisinin üzvü karyerasını elə Premyer Liqa klubunda davam etdirəcək.
Belə ki, 29 yaşlı futbolçu “Mançester Yunayted”ə keçməyə çox yaxındı. Hətta onun komanda yoldaşlarına “qırmızı şeytanlar”la anlaşdığını dediyi yazılıb. Müqavilə müddəti cari mövsümün sonuna qədər olan ulduz futbolçunu “topçular” qış fasiləsində sataraq, gəlir əldə etmək istəyirlər.
Qeyd edək ki, Məsut Özil “Arsenal”a 2013-cü ildə 42 milyon funt-sterlinq qarşılığında “Real”dan keçib.
- Edin Ceko Bosniya millisi ilə vidalaşır – Sarayevoda nəhəng “11” forması - FOTO
- MHK sədri Ferhat Gündoğdu və 6 şübhəli məhkəməyə göndərildi
- Ferhat Gündoğdu hakimi hədələyib: "Ya adam ol, ya da çıx get"
- Türkiyə futbolunda skandal davam edir: YASİN KOL SAXLANILDI
- Messi İspaniyada daha bir klub aldı – “Eldense”nin sahibi oldu