[b]Ozobiç ən yaxşı oldu[/b]
29.05.2018 - 09:45
[b]Ozobiç ən yaxşı oldu[/b]

Azərbaycan kubokunun 2017/18 mövsümünün ən yaxşı bombardiri məlum olub. Apasport.az saytının məlumatına görə, “Qəbələ”nin xorvatiyalı futbolçusu Filip Ozobiç yarışın ən məhsuldar oyunçusu adını qazanıb.

 

Mayın 28-də keçirilən “Keşlə” və “Qəbələ” arasında final qarşılaşması yarımmüdafiəçinin liderliyinə təsir etməyib. Balkanlı 4 qolla 1-ci pillədə qalıb.

 

Həlledici görüşdəki yeganə qolla kuboku “Keşlə”yə qazandıran Pərdis Fərcad-Azad isə hərəyə 3 dəfə fərqlənənlərə çatıb. Onun keçmiş komanda yoldaşı, qışda “Zirə”yə keçən Mirsahib Abbasov, “Neftçi”dən Daniel Seqoviya, “Sumqayıt”dan Amil Yunanov və finalda qol sayını artıra bilməyən Baqali Dabo da 2-ci yerin şərikləridi.

 

Qeyd edək ki, ümumilikdə mövsümün 23 matçında 67 qol vurulub.