Avropa Liqasının IV turunda “Qarabağ”ı qəbul edəcək PAOK daha bir futbolçusunu itirib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, söhbət hücumçu Calma Kamposdan gedir.
Georgios Tzavellas, Dimitris Cannulis və Dimitris Pelkasdan sonra Kamposun da zədələnməsi baş məşqçi Vladimir İviçi çətin vəziyyətdə qoyub. Məşq zamanı sağ ayağından xəsarət alan Anqola millisinin üzvü ilə bağlı yekun qərar MRT müayinəsindən keçdikdən sonra verilib. Məlum olub ki, zədəsi ciddi olan Kampos "Qarabağ"la görüşdə meydana çıxa bilməyəcək.
Qeyd edək ki, PAOK – “Qarabağ” oyunu sabah “Tumba” stadionunda baş tutacaq.
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə