[b]PAOK-un fərqli Bakı planı[/b]
13.10.2016 - 15:57
[b]PAOK-un fərqli Bakı planı[/b]

“Qarabağ”ın Avropa Liqasındakı rəqibi PAOK-un ölkəmizə gələcəyi tarix müəyyənləşib. Apasport.az saytının Yunanıstan mətbuatına istinadən məlumatına görə, Saloniki təmsilçisi Ağdam klubu ilə qarşılaşmadan bir gün əvvəl Bakıda olacaq.

 

Oktyabrın 20-də qrupun III turu çərçivəsində “Qarabağ”ın qonağı olacaq PAOK ayın 19-da səhər saatlarında Afinadan yola düşəcək. Həmin gün matçın baş tutacağı arenada son məşqini edəcək baş məşqçi Vladimir İviçin yetirmələri qarşılaşmadan dərhal sonra qayıtmayacaqlar.

 

Komanda daha bir gecə burda qalıb, ayın 21-də səhər çarter reysi ilə Afinaya dönəcək. Oktyabrın 23-də Yunanıstan Super Liqasının VIII turunda “Olimpiakos”un qonağı olacaq “ikibaşlı qartallar” bu oyunun hazırlığını elə Afinada keçəcək.

 

Qeyd edək ki, “Qarabağ” – PAOK matçı oktyabrın 20-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

0