[b]Paolo Rossi: Azərbaycanla oyunda sensasiya baş verəcəkdi[/b]
11.10.2014 - 20:12
[b]Paolo Rossi: Azərbaycanla oyunda sensasiya baş verəcəkdi[/b]

“Bəlkə də Azərbaycan daha zəyif olduğu üçün qol vurmaqda çətinlik çəkirdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri İtaliya milli komandasının sabiq hücumçusu Paolo Rossi deyib

 

“Skuadra Adzurra” ilə DÇ-1982-nin qalibi olan veteran futbolçu ötən gecə AVRO-2016-nın seçmə mərhələsində İtaliya yığmasının millimiz üzərində qazanılan 2:1 hesablı qələbəyə şərh verib.

 

Mundialda (1982) 6 qolla bombardir olan Rossi yerli radiolarian birinə bunları deyib: “Matçda sensasiya baş verəcəkdi. Lakin İtaliya buna şərait yartmadı. Komandanın hücum xəttində çıxış edən iki forvard - Simone Zaza ilə Çiro İmmobile bir çox real qol imkanlarından yararlana bilmədi. Kontenin rəhbərliyi altında yığma isə muassir futbol oynamağa çalışır. Biz onun “Yuventus”da iki il ərzində gördüşü işlərə şahidlik etmişik”.