Futbol meydanları təkcə maraqlı və gərgin oyunlara deyil, həmçinin unikal, nadir rast gəlinən hadisələrə də şahidlik edir. Apasport.az saytının məlumatına görə, belə hadisələrin sayı çox olmasa da, az da deyil.
Sizə təqdim etdiyimiz “10-luq”da məhz həmin məqamlar yer alıb…
1. İspan müğənni Xulio İqlesias əvvəllər futbolçu olub. Qapıçı mövqeyində çıxış edən İqlesias Madrid “Real”ının formasını geyinib. Ancaq 20 yaşındaca karyerasına son qoyub. Buna avtoqəzaya düşərək, 3 il xəstəxanada yatması səbəb olub. İflic olan İqlesias təkcə əllərini tərpədə bilib. Daha sonra isə gitarada ifa etməyi öyrənərək, məşhur musiqiçiyə çevrilib.
2. Braziliyada futbol oyunu zamanı külək bir qrup paraşütçünü meydana salıb. Paraşütçülərdən biri topu saxlamaq istəyən qapıçının üstünə düşüb. Nəticədə top qapıdan keçib. Digər komandanın etirazlarına baxmayaraq, hakim qolu hesaba alıb. Referi bunu “ilahi güc”lə əlaqələndirib.
3. Futbol tarixinin ən intizamsız oyunu 1969-cu il, noyabrın 3-də Böyük Britaniyada keçirilib. “Tonhem”in gənclərdən ibarət komandası ilə “Hau-Li”nin yerli kubok uğrunda görüşü amansız mübarizə şəraitində keçib. Təsadüfi deyil ki, hakim 22 futbolçunun hamısını meydandan qovub. Dava düşdüyündən, oyunçulardan biri, eləcə də yan xətt hakimi xəstəxanaya aparılıb.
4. Ən uzun çəkən futbol oyunu 1981-ci ildə keçirilib. Avqustun 1-də start götürən qarşılaşma 65 saat 1 dəqiqə davam edib. İrlandiyada baş tutan həmin matçın qalibi avqustun 3-də müəyyənləşib.
5. Britaniyada dumanlı hava şəraiti adi haldı. İki şotland klubunun görüşündə isə o dərəcədə duman olub ki, futbolçular topla yanaşı, meydanda öz komanda yoldaşlarını tapmaqda da çətinlik çəkiblər. Birdən hakim meydandakı futbolçuların çox olduğunu hiss edib. Dərhal ehtiyat oyunçular skamyasını yoxlayan referi oranın boş olduğunu anlayaraq, matçı yarımçıq dayandırıb. Məlum olub ki, meydanda eyni anda 30 futbolçu yer alıbmış.
6. İtaliyanın Asti şəhərində keçirilən yoldaşlıq görüşlərindən birində yerli komandanın hücumçusu Maskio topa zərbə vurmaq əvəzinə, yeri “nişan alıb”. Zərbəsi o qədər güclü olur ki, ayağı torpağa batıb və zədələnib. Torpaqdakı araşdırma zamanı tarixi tapıntı, skelet aşkar edilib. Maskioya isə arxeoloji qazıntıya “kömək etdiyi” üçün pul mükafatı verilib.
7. Braziliyalı müdafiəçi Pineyro öz qapısına qol vurmaq üzrə rekordçu olub. Cəmi 1 mövsüm ərzində “sambaçı” 10 avtoqola imza atıb. Bunu görən məşqçilər heyəti onu hücumda oynatmağa qərar verib. Ancaq hücumçu mövqeyində çıxdığı ilk oyunda da Pineyro avtoqola imza atıb. Bununla əlaqədar, komanda yoldaşları 25 yaşı olanda Pineyroya üzərində “Yadında saxla, rəqibin qapısı əks tərəfdədi” yazılan kompas hədiyyə ediblər.
8. 1959-cu ildə Almaniyanın Gelzenkirhen şəhərində stadion rəhbərliyi texniki səhv buraxaraq, futbol və həndbol oyunlarını bir gündə eyni vaxta salıb. İdmançılardan heç biri oyunun təxirə salınması fikri ilə razılaşmayıb. Nəticədə bir meydanda eyni vaxtda həm futbol, həm də həndbol oyunu keçirilib. Meydanda 4 komanda və 2 top olsa da, hər iki oyunu sona çatdırmaq mümkün olub.
9. İtaliyalı qapıçı Qrosso oyunların birində hakimə eynək taxmağı məsləhət gördüyü üçün meydandan qovulub. Bu insidenti araşdırdıqdan sonra məlum olub ki, Qrosso optika sahibidi. Referinin isə, doğrudan da, görmə qabiliyyəti zəifdi. Belə olan halda, İntizam Komitəsi qapıçının sözlərini hakimi əsəbləşdirmək kimi qiymətləndirməyərək, bunu xeyirli məsləhət sayıb. Nəticədə Qrosso bağışlanıb, hakim isə onun optikasından özünə eynək alası olub.
10. Honduras yığmasının 1969-cu ildə dünya çempionatının pley-off mərhələsində Salvadora uduzması bu ölkələr arasında 6 günlük müharibənin getməsinə səbəb olub.
Mənbə: Rusiya mətbuatı