[b]Paşayev və komandasından səfər qələbəsi[/b]
28.04.2018 - 23:09
[b]Paşayev və komandasından səfər qələbəsi[/b]

Azərbaycan millisinin müdafiəçisi Pavel Paşayevin formasını geyindiyi “Aleksandriya” Ukrayna Premyer Liqasında növbəti matçına çıxıb. Apasport.az saytının məlumatına görə, komanda XXIX turda “Karpatı” ilə qarşılaşıb.

 

Elitada qalmaq uğrunda mübarizə aparan ikinci “altılıq”da yer alan “Aleksandriya” 2:1 hesablı qələbə qazanıb.

 

Matça start heyətində çıxan Paşayev 90 dəqiqəni əvəz edilmədən keçirib.

 

Qeyd edək ki, “Aleksandriya” 36 xalla ikinci “altılıq”da 1-ci pillədə qərarlaşıb.