PSJ-nin yarımmüdafiəçisi Xavyer Pastore bu kluba transferi rəsmiləşmək üzrə olan Neymara jest edib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, argentinalı futbolçu “sambaçı”ya öz nömrəsini təklif edib.
Belə ki, Pastore PSJ-də geyindiyi 10 nömrəli formanı Neymara verməyə hazır olduğunu söyləyib: “Neymara öz nömrəmi təklif etmək istəyirəm. Onun ilk gündən burda özünü rahat hiss etməsinin tərəfdarıyam. Öz adımdan ona tam dəstək olacağıma söz verirəm. Bu, çox xırda detal olsa da, mənim üçün önəmlidi”.
Qeyd edək ki, Neymarın 222 milyon avro qarşılığında “Barselona”dan PSJ-yə transferi gözlənilir.