[b]Pavel Kapsa “Zirə”yə keçə bilər![/b]
07.05.2015 - 13:48
[b]Pavel Kapsa “Zirə”yə keçə bilər![/b]

“Simurq”un daha bir futbolçusu özünə yeni klub tapıb. Apasport.az saytının məlumatına görə, Zaqatala təmsilçisinin qapıçısı Pavel Kapsa I divizionda çıxış edən “Zirə”yə keçməyə yaxındı.

 

Növbəti mövsümdən Topaz Premyer Liqasında çıxış edəcəyi gözlənilən paytaxt təmsilçisi 33 yaşlı polşalı qolkiperlə danışıqlar aparır. Maliyyə çətinliyi ilə üzləşən əyalət klubundan ayrılmağa qərar verən Kapsanın karyerasını ölkəmizdə davam etdirəcəyi inandırıcı görünür.

 

Son 2 mövsümdə “Simurq”da çıxış edən təcrübəli əlcək sahibi 56 çempionat matçında 52 qol buraxıb. Azərbaycana Kipr “Olimpiakos”undan gələn qolkiper vaxtilə Polşa yığmalarında da çıxış edib. Belə ki, Pavel U-16, U-17, U-18, U-21-nın şərəfini qoruyub.

 

Qeyd edək ki, Kapsaya qədər Benjamin Lambot, Patrik Osiako, Cihan Özkara, Əli Gökdəmir, Stepan Polyak, Marko Stanoyeviç, “Simurq”la vidalaşıb, Adam Banaşla İdan Vaytsman da klubdan getməyə qərar verib. Samir Zərgərov isə “Qəbələ” ilə anlaşıb, Draqan Çeran və digər bir neçə futbolçu isə “müştərilər”i ilə danışıqlar aparır.