[b]Paytaxt klubu qapıçısı ilə anlaşmanı uzadır[/b]
05.05.2018 - 15:51
“Roma” braziliyalı qapıçısı Alissonla yeni müqavilə imzalayacaq. Apasport.az saytının məlumatına görə, cənubi amerikalı ilə anlaşma 2023-cü ilin yayına kimi nəzərdə tutulacaq.
Hazırkı müqaviləsi 2021-ci ildə başa çatan qolkiperə bir sıra klubların elçi düşməsi romalıları belə addım atmağa vadar edib. 25 yaşlı futbolçunun yeni müqaviləsində şərtlərin Alisson üçün daha sərfəli olacağı gözlənilir.
0
0