[b]PFL püşkün vaxtını açıqladı[/b]
31.07.2017 - 12:41
[b]PFL püşkün vaxtını açıqladı[/b]

Azərbaycan Premyer Liqasında 2017-18 mövsümünün püşkatmasının tarixi müəyyənləşib. Apasport.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, püşkatma mərasimi avqustun 2-də keçiriləcək.

 

AFFA-nın inzibati binasında reallaşacaq tədbir saat 12:00-da start götürəcək.
 

Qeyd edək ki, ölkə çempionatının yeni mövsümündə 8 komanda iştirak edəcək. Bunlar “Qarabağ”, “Qəbələ”, “İnter”, “Zirə”, “Neftçi”, “Sumqayıt”, “Kəpəz” və “Səbail”di.