[b]Polislər tətil elan etdi, futbol matçı təxirə salındı[/b]
07.05.2015 - 18:47
Hollandiya çempionatının mayın 10-da baş tutacaq qarşılaşmalarından biri “Feyenord” – “Vites” oyunu təxirə salınıb. Apasport.az saytının verdiyi məlumata görə, buna səbəb həmin gün Feyenordda polislərin tətil elan etməsidir.
Xatırladaq ki, o tarixə təyin olunmuş digər oyun, “Qroningen” – “Zvolle” matçı isə planlaşdırıldığı zamanda keçiriləcək.
0
0