AVRO-2016-nın seçmə mərhələsində sentyabrın 9-da Bakıda Azərbaycan millisinin qonağı olacaq Bolqarıstan yığmasında ciddi zədələnən komandanın kapitanı İvelin Popovla bağlı son qərar açıqlanıb. Apasport.az saytının məlumatına görə, “Kuban”ın futbolçusu Baş məşqçi Berti Foqtsun yetirmələrinə qarşı forma geyinə bilməyəcəyi dəqiqləşib.
Belə ki, 26 yaşlı oyunçu əməliyyat olyunacaq. Bu barədə Bolqarıstan yığmasının həkimləri bildirib. Popovun yaşıl meydanlara qayıdışı təxminən 4 həftə çəkəcək.
Artıq bolqarlar ona əvəzləyici də tapıblar. Komandanı Bakıdakı oyunda meydana kapitan kimi müdafiəçi Nikolay Badurov çıxaracaq.
Qeyd edək ki, Papov komandasının səhər məşqi zamanı komanda yoldaşı ilə toqquşub.