[b]Premyer Liqa klubları menecerlərə sərvət ödəyib[/b]
03.04.2018 - 22:26
[b]Premyer Liqa klubları menecerlərə sərvət ödəyib[/b]

İngiltərə Premyer Liqa klublarının 2017-ci ildə futbol menecerlərinə ödədiyi məbləğ açıqlanıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, adalılar ötən il menecerlərə ümumilikdə 200 milyon funt-sterlinq veriblər.

 

Bu isə əvvəlki illə müqayisədə 20 faiz çoxdu. Menecerlərin cibini ən çox dolduran klub “Liverpul”du. “Qırmızılar” agentləri il ərzində 27 milyon funt-sterlinq zənginləşdiriblər. Növbəti yerləri müvafiq olaraq “Çelsi” (25,1 milyon), “Mançester Siti” (23,5 milyon), “Mançester Yunayted” (18 milyon) və “Uotford” (13,4 milyon) tuturlar.

 

Dörd klub – “Bernli”, “Brayton”, “Haddersfild” və “Vest Bromviç” 5 milyon funt-sterlinqdən az “itirib”.