[b]Premyer Liqa klubları videotəkrardan imtina etdi[/b]
13.04.2018 - 21:01
[b]Premyer Liqa klubları videotəkrardan imtina etdi[/b]

İngiltərə Premyer Liqasının növbəti mövsümündə videotəkrar sistemindən (VAR) istifadə olunmayacaq. Apasport.az saytının məlumatına görə, bu barədə qərar Premyer Liqa klublarının səsverməsi ilə verilib.

 

Elita komandaları VAR-in işində hazırda müəyyən çatışmazlıqlar olması qənaətindədi. 2018/19 mövsümündə videotəkrar İngiltərə kuboku və Liqa kubokunda sınaqdan keçirilməkdə davam edəcək.

 

Qeyd edək ki, VAR sistemindən bu yay Rusiyada keçiriləcək DÇ-2018-in final mərhələsində istifadə ediləcək.