İngiltərə Premyer Liqa klubları “Mançester Siti”, “Liverpul” və “Çelsi” ortaq qərar veriblər. Apasport.az saytının məlumatına görə, komandalar braziliyalı oyunçularının İngiltərəyə tez və vaxtında dönmələri üçün ortaq çarter reysi sifariş ediblər.
Bu barədə “SKY Sports” xəbər yayıb. Belə ki, sentyabrın 5-də Braziliya millisi DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Kolumbiya ilə oynayacaq. Görüş başa çatan kimi futbolçular ləngimədən klublarının düşərgəsinə yollanacaqlar.
“Maneçster Siti”dən Qabriel Jesus, Fernandinyo və Ederson, “Liverpul”dan Firimino və Filippe Koutinyo, “Çelsi”dən isə Villian həmin qarşılaşmanın iştirakçısı olacaqlar.
“Mançester Siti” Argentina millisinin düşərgəsində olan Nikolas Otamendi və Serxio Aquero üçün də ayrıca çarter seysi sifariş edib.
Qeyd edək ki, Premyer Liqanın 4-cü turu çərçivəsində sentyabrın 9-da “Mançester Siti” “Liverpul”la, “Çelsi” isə “Lester”lə üz-üzə gələcək.