[b]Premyer Liqa klubu "Bavariya" və PSJ-yə rəqib oldu[/b]
28.03.2018 - 22:20
[b]Premyer Liqa klubu "Bavariya" və PSJ-yə rəqib oldu[/b]

"Everton" rəhbərliyi mövsümün sonunda baş məşqçi dəyişikliyi həyata keçirməyi planlaşdırır. Apasport.az saytı "Mirror" nəşrinə istinadən xəbər verir ki, Liverpul təmsilçisi hazırkı çalışdırıcı Sem Ellerdaysla mövsümün sonunda vidalaşmaq niyyətindədi.

 

Premyer Liqa klubu onun yerinə isə "Şaxtyor"un baş məşqçisi Paulo Fonsekanı dəvət etməyə hazırlaşır. Ancaq bunun üçün rəqabətdən qalib ayrılmaq lazımdı. Belə ki, portuqaliyalı mütəxəssisin xidmətində "Bavariya" və PSJ də maraqlıdı.

 

Qeyd edək ki, "Everton" İngiltərə çempionatında hazırda 9-cu pillədə qərarlaşıb.