[b]Premyer Liqa klubu baş məşqçisini qovdu[/b]
15.06.2017 - 10:16
[b]Premyer Liqa klubu baş məşqçisini qovdu[/b]

“Sauthempton”da baş məşqçi istefası reallaşıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, “müqəddəslər” Klod Pyuellə əməkdaşlığın davamında maraqlı olmayıblar.

 

Premyer Liqada ötən mövsümü 8-ci pillədə başa vuran komanda İngiltərə Liqa Kubokunun finalında “Mançester Yunayted”ə məğlub olublar. Bu çıxışdan məmnun qalmayan rəhbərlik 2019-cu ilin yayına qədər müqaviləsi olan 55 yaşlı çalışdırıcını istefaya göndərib.

 

Qeyd edək ki, Klod Pyuel ötən mövsümün əvvəlində “Sauthempton”un “sükanı arxası”na keçmişdi.