[b]Premyer Liqa klubu yeni baş məşqçi tapdı - FOTO[/b]
28.12.2017 - 17:34
[b]Premyer Liqa klubu yeni baş məşqçi tapdı - FOTO[/b]

“Suonsi” klubunun yeni baş məşqçisi müəyyənləşib. Apasport.az saytı xəbər verir ki, bu posta Karlos Karvalyal gətirilib.

 

52 yaşlı portuqaliyalı mütəxəssislə bu gün rəsmi müqavilə imzalanıb. Razılaşmaya əsasən, Karvalyal cari mövsümün sonuna qədər “Suonsi”ni çalışdıracaq.

 

Qeyd edək ki, “Beşiktaş”ın sabiq baş məşqçisinin son iş yeri “Şeffild Venzdi” klubu olub.