[b]Premyer Liqa klubunda baş məşqçi dəyişikliyi[/b]
02.04.2018 - 15:47
“Vest Bromviç” baş məşqçi Alan Pardyu ilə yollarını ayırıb. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, buna Premyer Liqa təmsilçisinin uğursuz çıxışı səbəb olub.
Pardyu “Vest Bromviç”in “sükanı arxası”na ötən il noyabrın 29-da keçmişdi. Komanda 57 yaşlı mütəxəssisin başçılığı altında 20 xalla turnir cədvəlinin sonuncu pilləsində yer alıb.
Qeyd edək ki, baş məşqçi postuna müvəqqəti olaraq Darren Mur gətirilib.
0
0