[b]Premyer Liqa sükutla başlayacaq[/b]
09.08.2015 - 17:33
Topaz Premyer Liqasının ilk turu bir dəqiqəlik sükutla başlayacaq. Apasport.az saytının məlumatına görə, buna səbəb “Neftçi”nin Müşahidə Şurasının üzvü, veteran futbolçu Mübariz Zeynalovun vəfatıdı.
PFL rəhbərliyi açılış turunun bu gün baş tutacaq ilk üç oyununun veteran futbolçunun xatirəsininin yad edilməsi üçün 1 dəqiqəlik sükutla başlanmasına qərar verib.
Xatırladaq ki, Premyer Liqanın açılış turunun ilk oyunları saat 21:00-da başlayacaq.
0
0