[b]Premyer Liqada 19 illik fərq[/b]
18.08.2017 - 15:20
[b]Premyer Liqada 19 illik fərq[/b]

Azərbaycan Premyer Liqasının ən yaşlı və gənc futbolçuları müəyyənləşib. Apasport.az saytının məlumatına görə, iştirakçı klubların indiyədək sifariş etdiyi futbolçular arasında fərqlənənlərin ikisi də “Sumqayıt”ın üzvüdü.

 

Bu oyunçuların ikisi də qapıçıdı. “Gənclik şəhəri” təmsilçisinin qapıçısı Fərhad Vəliyev 1980-ci il təvəllüdlüdü. O, noyabrın 1-də 37 yaşını qeyd edəcək.

 

Ən gənc futbolçu isə onun əvəzləyicisi Miremil Həsənovdu. 1999-cu il sentyabrın 13-də anadan olan qolkiper həmkarından 19 yaş kiçikdi. Maraqlıdı ki, Vəliyev Azərbaycan çempionatında çıxış etməyə başlayanda Həsənov hələ anadan olmamışdı.