[b]Premyer Liqada 28-ci[/b]
01.04.2018 - 15:36
[b]Premyer Liqada 28-ci[/b]

İngiltərə Premyer Liqasının XXXII turu “Mançester Yunayted”in belçikalı futbolçusu Romelu Lukaku üçün əlamətdar olub. Apasport.az saytının məlumatına görə, “Suonsi” ilə qarşılaşmanın 5-ci dəqiqəsində hesabı açan hücumçu Premyer Liqada 100-cü qoluna imza atıb.

 

Lukaku turnirin tarixinə 100 və daha çox qol vuran 28-ci futbolçu kimi düşüb. O, belə uğura nail olan ilk belçikalıdı.

 

Son 15 matçda 11 dəfə fərqlənən hücumçu cari mövsümdəki qol sayını da 26-ya çatdırıb.

 

Qeyd edək ki, “Mançester Yunayted” “Suonsi” ilə qarşılaşmada 2:0 hesabı ilə qələbə qazanıb.