[b]Premyer Liqada 2 dönüş[/b]
25.11.2017 - 18:17
[b]Premyer Liqada 2 dönüş[/b]

Premyer Liqanın XIII turu iki futbolçunun uzun fasilədən sonra meydana çıxması ilə əlamətdar olub. Apasport.az saytının məlumatına görə, “Qəbələ”nin oyunçuları Filip Ozobiç və İlqar Qurbanov zədə üzündən bir müddət uzaq düşdükləri yarışa dönüb.

 

Onlar “Kəpəz”lə səfər matçında meydana çıxıblar.

 

II turun avqustun 20-də keçirilən “Sumqayıt”la matçında zədələnən və o vaxtdan meydana çıxmayan Qurbanov 97 gündən sonra Premyer Liqaya qayıdıb. Ozobiç isə sentyabrın 9-da baş tutan “Zirə”ylə matçdan sonra meydanlardan kənar qalmışdı. Xorvatiyalı 78 gündən sonra “qırmızı-qara” formada rəsmi matça çıxıb.

0