[b]Premyer Liqada 31 min 600 manatlıq cəza[/b]
23.12.2017 - 15:22
[b]Premyer Liqada 31 min 600 manatlıq cəza[/b]

AFFA-nın İntizam Komitəsi Topaz Premyer Liqasının ilk yarısında klublara 31 min 600 manat cərimə kəsib. Apasport.az saytının məlumatına görə, 14 tur ərzində bütün klublar cəzaya məruz qalıb.

 

Ən çox ziyana düşən “Qəbələ” olub. “Qırmızı-qaralar” iki dövrə ərzində 7200 manat cərimə ödəyib. “Qarabağ” 6000, “Kəpəz” 4800 manat cərimələnməklə ilk “üçlük”də yer alıb.

 

“Keşlə” 4400, “Zirə” və “Sumqayıt” hərəyə 3200 manat ödəməli olub. “Səbail” 1600, “Neftçi” isə hamıdan az – 1200 manat cərimələnib. Amma “ağ-qaralar” daha bir oyunda azarkeşlərin stadiona vurduğu ziyanı ödəməli olublar.