[b]Premyer Liqada portuqaliyalı məşqçi[/b]
31.05.2018 - 20:08
İngiltərənin “Everton” klubunun yeni baş məşqçisi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Premyer Liqa klubunu Marku Silva çalışdıracaq.
Portuqaliyalı mütəxəssisin son klubu İngiltərə “Uotford”u olub. Onun yetirmələri Premyer Liqanın son mövsümünü 14-cü pillədə başa vurublar.
Silva komandası 8-ci yerlə kifayətləndiyi üçün istefaya göndərilən Sem Ellerdaysın postuna yiyələnib.
0
0