[b]Premyer Liqada transfer müddəti dəyişdi[/b]
07.09.2017 - 19:50
[b]Premyer Liqada transfer müddəti dəyişdi[/b]

İngiltərə Premyer Liqasında “transfer pəncərəsi”nin müddətində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, bu barədə yerli klubların toplantısında qərar qəbul olunub.

 

Yekun səsverməyə əsasən, növbəti mövsümdən etibarən klublar Premyer Liqa başlamamış transferləri başa çatdırmalı olacaqlar.

 

Ancaq bu qanun oyunçu satışına təsir etməyəcək. Belə ki, komandalar heyətlərindəki istənilən futbolçunu başqa ölkəyə sata bilərlər.