Azərbaycan Premyer Liqasında III dövrənin son təyinatları açıqlanıb. Apasport.az saytının məlumatına görə, XXI turun “Qəbələ” və “Sumqayıt” arasında mərkəzi oyunu İnqilab Məmmədova tapşırılıb.
“Qarabağ”la “Keşlə” arasında maraq kəsb edən görüşdə isə Orxan Məmmədov fit çalacaq.
Azərbaycan Premyer Liqası
XXI tur
1 aprel (bazar)
15:00. “Kəpəz” – “Zirə”
Hakimlər: Rəhim Həsənov, Elman Musayev, Cavanşir Yusifov, Əliyar Ağayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Fazil Mürşüdov
Gəncə şəhər stadionu
18:30. “Qarabağ” – “Keşlə”
Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Vüsal Qənbərov, Elvin Əsgərov
AFFA nümayəndəsi: Ramiz Abdullayev
Hakim-inspektor: Füzuli Nəcəfov
“Azərsun Arena”
2 aprel (bazar ertəsi)
17:00. “Qəbələ” – “Sumqayıt”
Hakimlər: İnqilab Məmmədov, Akif Əmirəli, Vüqar Bayramov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Seymur Səlimli
Hakim-inspektor: Kərim Ağayev
Qəbələ şəhər stadionu
19:30. “Neftçi” – “Səbail”
Hakimlər: Rauf Cabbarov, Yaşar Abbasov, Azər Əsgərov, Ramil Diniyev
AFFA nümayəndəsi: Elbrus Abbasov
Hakim-inspektor: Əli Hüseynov
8-ci km qəsəbə stadionu