[b]Primerada istefa[/b]
08.05.2018 - 18:38
[b]Primerada istefa[/b]

İspaniya Primerasında növbəti baş məşqçi istefası gerçəkləşib. Apasport.az saytının məlumatına görə, “Leqanes”in çalışdırıcısı Asyer Qaritano postundan ayrılıb.

 

Bu istefa Primeranın XXXVI turunun dünən keçirilən oyununda “Levante”yə 0:3 hesablı məğlubiyyətindən sonra gerçəkləşib. Turnir cədvəlinin 17-ci pilləsində qərarlaşan “Leqanes” yüksək dəstədə yerini təmin etsə də, baş məşqçisini dəyişməyə üstünlük verib.

 

Qeyd edək ki, 48 yaşlı mütəxəssis 2013-cü ilin yayından bu komandaya rəhbərlik edir. Bu müddətdə Qaritano komandasını 3-cü diviziondan Primeraya daşıyıb.