[b]Prosineçki “Qarabağ”ın arxasınca gedir [/b]
30.06.2015 - 11:46
[b]Prosineçki “Qarabağ”ın arxasınca gedir [/b]

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki Avstriyaya gedəcək. Apasport.az saytının məlumatına görə, xorvatiyalı mütəxəssis Kössen şəhərində təlim-məşq toplanışında olan “Qarabağ”ın hazırlığını izləyəcək.

 

Prosineçki iyulun 2-dən 8-dək Avstriyada olacaq. O, Azərbaycan çempionunun məşqləri ilə yanaşı, yoxlama oyununa da canlı baxacaq. Bu müddətdə “Qarabağ” iki qarşılaşmada qüvvəsini sınayacaq.

 

Qurban Qurbanovun yetirmələri iyulun 3-də Rumıniya təmsilçisi “Styaua”, 4 gün sonra Rusiya “Lokomotiv”i ilə görüşəcək.

 

Mənbə: affa.az