[b]Prosineçki "Qarabağ"ı təbrik etdi[/b]
18.05.2015 - 11:20
[b]Prosineçki "Qarabağ"ı təbrik etdi[/b]

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki “Qarabağ”ı təbrik edib. Apasport.az saytının məlumatına görə, xorvatiyalı mütəxəssis Topaz Premyer Liqasının XXXIV turu çərçivəsində mayın 16-da “Bakcell Arena”da keçirilən oyunda "Sumqayıt"a 1:0 hesabı ilə qalib gəlib, qızıl medalları rəsmiləşdirən Ağdam təmsilçisini təbrik edib, Çempionlar Liqasında uğurlar arzulayıb.

 

2013/14 mövsümündə də Azərbaycan çempionu olan “Qarabağ” ardıcıl 2-ci dəfə bu titulu qazanıb. Ümumilikdə isə 3 qat çempion olan ağdamlıların bu dəfəki uğuru Prosineçkinin Azərbaycan millisinin baş məşqçisi təyin olunmasından sonra ilk tituldu.

 

Mənbə: affa.az