[b]Prosineçki əsəbləşsə də, “Bursaspor” öz işindədi[/b]
11.06.2017 - 14:50
[b]Prosineçki əsəbləşsə də, “Bursaspor” öz işindədi[/b]

“Bursaspor”un prezidenti Ali Ay yenə millimizin baş məşqçisi Robert Prosineçki haqqında danışıb. Apasport.az saytının məlumatına görə, qardaş ölkə təmsilçisinin xorvat baş məşqçiyə olan sevgisi tükənmək bilmir.

 

Klub rəsmisi dünən keçirilən Azərbaycan – Şimali İrlandiya qarşılaşmasından əvvəl yerli mətbuata açıqlama verərək, Prosineçki ilə 70-80 faiz anlaşdıqlarını deyib: “Yeni baş məşqçini gələn həftə açıqlayacağıq. Ancaq rəsmiləşmədən heç bir açıqlama verə bilmərəm. Danışıqlar davam edir. Prosineçki ilə görüşürük, lakin onun Azərbaycan millisi ilə müqaviləsi var. Rəsmi anlaşma əldə etdikdən sonra açıqlama verəcəyik. Onu deyə bilərəm ki, 70-80 % anlaşmışıq. Əgər Robert Prosineçki ilə bağlı son anda problem çıxsa, başqa variantlarımız da var”.

 

Qeyd edək ki, dünən baş tutan Azərbaycan - Şimali İrlandiya oyunundan (0:1) sonra keçirilən mətbuat konfransında “Bursaspor”la bağlı sualı cavablandırmaqdan imtina edən xorvat çalışdırıcı jurnalistlərin təkidindən sonra əsəbləşərək qarşısındakı su qabını sındırmışdı.

0