[b]Prosineçkinin Belfastdakı mətbuat konfransının vaxtı açıqlandı[/b]
08.11.2016 - 10:45
[b]Prosineçkinin Belfastdakı mətbuat konfransının vaxtı açıqlandı[/b]

DÇ-2018-in seçmə mərhələsində keçiriləcək Şimali İrlandiya – Azərbaycan oyunu ərəfəsində təşkil olunacaq mətbuat konfranslarının və açıq məşqlərin vaxtı açıqlanıb. Apasport.az saytının məlumatına görə, noyabrın 11-də Belfast şəhərindəki “Vindzor Park” stadionunda baş tutacaq matçdan bir gün öncə baş məşqçilər media nümayəndələri önünə çıxacaq.

 

Noyabrın 10-da Bakı vaxtı ilə saat 16:45-də Böyük Britaniya təmsilçisinin baş məşqçisi Maykl Onil mətbuat konfransı keçirəcək. Azərbaycan millisinin çalışdırıcısı Robert Prosineçki isə 23:15-də jurnalistlər önünə çıxacaq.

 

Həmin gün saat 15:00-da Şimali İrlandiya, 23:45-də isə Azərbaycan yığmasının ilk 15 dəqiqəsi mətbuat üçün açıq məşqi baş tutacaq.