Azərbaycan yığmasının sabiq baş məşqçisi Robert Prosineçki daha bir təklif alıb. Apasport.az saytı Serbiya mətbuatına istinadən xəbər verir ki, 49 yaşlı çalışdırıcı fəaliyyətini Belçikada davam etdirə bilər.
Belə ki, bu ölkənin “Standard” klubu Prosineçkinin xidmətində maraqlıdı. Lyej təmsilçisi xorvatiyalı mütəxəssis üçün yad deyil. Prosineçki futbolçu kimi 2000-2001-ci illərdə “Standard”da çıxış edib.
Hazırda işsiz olan çalışdırıcı Bosniya və Herseqovina yığmasının yeni baş məşqçisi olmağa da əsas namizədlərdən biridi.
Qeyd edək ki, Robert Prosineçki millimizdən öncə “Srvena Zvezda” və “Kayserispor” klublarının “sükanı arxası”nda olub.