[b]PSJ-dən “super” başlanğıc[/b]
30.07.2017 - 01:23
[b]PSJ-dən “super” başlanğıc[/b]

Fransa Super Kubokunda qalibin adına aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, həlledici görüşdə “Monako” ilə PSJ qarşılaşıb.

 

Görüş parislilərin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

 

“Monako”nun heyətində Sidibe fərqlənib. PSJ-də isə yeni transfer Dani Alveş oyuna damğasını vurub. Braziliyalı cinah müdafiəçisi yeni klubundakı rəsmi debütündə bir qol və bir məhsuldar ötürmə ilə yadda qalıb.

 

O, Rabiotun da sevinməsinə şərait yaradıb.