[b]PSJ-nin futbolçusunun 10 milyonluq təzminat tələbi[/b]
26.12.2017 - 18:43
PSJ-nin yarımmüdafiəçisi Hatem Ben Arfa klubla müqaviləsinə xitam verilməsinə razıdı. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, 30 yaşlı futbolçu bunun üçün rəhbərlikdən 10 milyon avro təzminat tələb edib.
Ben Arfanın parislilərlə sözləşməsinin müddəti 2018-ci ilin yayına kimi nəzərdə tutulub.
2016-cı ildən PSJ-də çıxış edən xavbek cari mövsümdə meydan üzü görməyib. Təcrübəli futbolçunun adı “Lester”lə birgə hallanır.
Qeyd edək ki, Hatem Ben Arfa əvvəllər “Lion”, “Marsel”, “Nyukasl”, “Hall Siti” və “Nitsa” klublarının da formasını geyinib.
0
0