[b]PSJ “Barselona”nın 150 milyonluq futbolçusuna göz dikib[/b]
03.05.2018 - 14:52
[b]PSJ “Barselona”nın 150 milyonluq futbolçusuna göz dikib[/b]

“Barselona”nın futbolçusu Usman Dembele karyerasını Fransada davam etdirə bilər. Apasport.az saytının “Don Balon”a istinadən məlumatına görə, PSJ 20 yaşlı oyunçunun xidmətində maraqlıdı.

 

Nəşrin iddiasına görə, yeni mövsümdən etibarən PSJ-ni çalışdıracağı gözlənilən Tomas Tuxel Dembeleni komandasında görmək istədiyini rəhbərliyin nəzərinə çatdırıb.

 

“Barselona” Dembeleni icarəyə göndərmək niyyətindədi. Fransa millisinin üzvü 2017-ci ilin yayında 105 milyon avro qarşılığında Dortmund “Borussiya”sından katalon klubuna transfer olunmuşdu. Onun müqaviləsində əlavə 45 milyon avroluq bonus miqdarı da nəzərdə tutulub.

 

Cari mövsümdə İspaniya La Liqasında 14 matçda meydana çıxan Usman Dembele 1 dəfə fərqlənməyə imkan tapıb.