[b]PSJ Neymarı alsa...[/b]
30.07.2017 - 16:33
[b]PSJ Neymarı alsa...[/b]

PSJ Neymara görə 222 milyon avro ödəsə, “Barselona” UEFA-ya şikayət edəcək. Apasport.az saytının məlumatına görə, katalonlar braziliyalı futbolçunu satmaq istəmir.

 

Ancaq Paris klubu futbolçu ilə bağlanmış müqavilədə tələb olunan kompensasiyanı - 222 milyon avronu ödəsə, onda “Barsa” onu buraxmaq məcburiyyətində qalacaq.

 

İspanlar hesab edir ki, heç bir klub bu məbləği ödəyə bilməz. Bunu ödəyəcək klub mütləq maliyyə feyr-pleyini pozmalıdı. “Barselona” rəhbərliyi məhz bu məqamı nəzərə alaraq, PSJ-dən UEFA-ya şikayət etməyi planlaşdırır.

 

Rəhbərlik UEFA-dan xahiş edəcək ki, PSJ-nin bu məbləği hardan əldə etdiyini araşdırsın. UEFA artıq bir dəfə PSJ-ni maliyyə feyr-pleyini pozduğu üçün cəzalandırıb.

 

Qeyd edək ki, UEFA-dan verilən açıqlamada Neymar məsələsini gündəmdə saxladıqları bildirilib.