[b]PSJ və İbrahimoviçin yubiley qolu[/b]
10.03.2016 - 09:56
[b]PSJ və İbrahimoviçin yubiley qolu[/b]

Çempionlar Liqasının 1/8 final mərhələsində “Çelsi” üzərində (2:1) qələbə qazanan PSJ üçün bu qarşılaşma əlamətdar olub. Apasport.az saytının məlumatına görə, mərhələ adlayan Paris təmsilçisi cari mövsümdəki qollarının sayını 100-ə çatdırıb.

 

Loran Blanın yetirmələri bu uğura 45-ci oyunda nail olublar. PSJ bu mövsüm 100 qol səddinə çatan 4-cü komanda olub. Hazırda bu baxımdan lider “Barselona”dı. Kataloniya təmsilçisi bütün turnirlərdə keçirdiyi 48 görüşdə 137 dəfə rəqib qapıçılarını məyus edib. “Real” ikinci (37 oyunda 107 qol), Dortmund “Borussiya”sı isə (41 oyunda 103 qol) üçüncü yerdə qərarlaşır.

 

PSJ-nin hücumçusu Zlatan İbrahimoviç isə “Çelsi”nin qapısından daha 1 top keçirərək, avrokuboklarda qollarının sayını 50-yə çatdırıb. Bununla da əfsanəvi Alfredo Di Stefanonu geridə qoyaraq 14-cü pilləyə yüksələn isveçli forvard sabiq “Çelsi”li Didye Droqbaya çatıb.