[b]PSJ yığma üzvü ilə yollarını ayırdı[/b]
29.03.2018 - 18:16
PSJ yarımmüdafiəçisi Hatem Ben Arfa ilə yollarını ayırıb. Apasport.az saytının məlumatına görə, bunu Tunis əsilli futbolçu özü sosial şəbəkə vasitəsilə yayıb.
Fransa millisinin 31 yaşlı oyunçusu tvitter səhifəsində Paris klubu ilə vidalaşdığını yazıb: “PSJ macəramin sonuna gəldim. Çətin dönəmlərə baxmayaraq, bu formanı geyindiyim üçün xoşbəxtəm. Gözəl xatirələri hər zaman yaddaşımda saxlayacam. Bütün azarkeşlərə təşəkkür edirəm. Bu klubu hər zaman sevəcəm”.
Qeyd edək ki, Hatem Ben Arfa PSJ-yə 2016-cı ildə “Nitsa”dan keçmişdi.
0
0