[b]Qalmaqal: “Bakı” – “Rəvan” matçı dayandırıldı, məşqçi qovuldu[/b]
19.03.2014 - 15:01
[b]Qalmaqal: “Bakı” – “Rəvan” matçı dayandırıldı, məşqçi qovuldu[/b]

Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Bakı” ilə “Rəvan” arasında oyununda xoşagəlməz hadisə yaşanıb. Apasport.az saytının məlumatına görə, buna qonaqların fiziki hazırlıq üzrə məşqçisi Lütfi Hindal Gündüz səbəb olub.

 

Davam etməkdə olan görüşün epizodlarının birində “Bakı”nın futbolçusunun əllə oynadığını iddia edən türkiyəli çalışdırıcı hakimə sərt etirazını bildirib. Hindal hətta texniki zonanı tərk edərək, meydançaya girmək istəyib.

 

Matçın baş hakimi Elvin Əsgərov “Rəvan”ın məşqçisini tribunaya qovmaq üçün oyunu qısa müddətə saxlamalı olub. Nəticədə türkiyəli azarkeşlərin arasına göndərilib.

 

Qeyd edək ki, paytaxt derbisinin 1-ci hissəsindən sonra hesab açılmayıb.

0