[b]Qara Qarayev “Araz-Naxçıvan”la məzələndi: ...böyük hadisə olacaq[/b]
02.11.2014 - 22:17
[b]Qara Qarayev “Araz-Naxçıvan”la məzələndi: ...böyük hadisə olacaq[/b]

“Rəqib bizimlə görüşə yaxşı hazırlaşmışdı”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ”ın futbolçusu Qara Qarayev deyib.

 

Topaz Premyer Liqasının XI turunda autsayder “Araz-Naxçıvan”ı 4:0 hesabı ilə darmadağın edən Ağdam təmsilçisinin müdafiəçisi bildirib ki, bu qələbə “Dnepr”lə qarşılaşma öncəsi komandada ruh yüksəkliyi yaradacaq: “Böyük hesablı qələbə qazansaq da, tam gücümüzlə oynamadıq. Noyabrın 6-da Avropa Liqasının qrup mərhələsinin IV turunda “Dnepr”lә qarşılaşacağıq. Bu səbəbdən bizim üçün qələbə çox vacib idi”.
 

Qarayevin fikrincə, “Dnepr”ə Bakıdakı oyun çətin olacaq: “Çünki rəqib tək “Qarabağ”a yox, 30 min azarkeşə qarşı oynayacaq.  “Dnepr” üçün həlledici matç olacaq. Biz isə qələbə qazana bilsək, növbəti oyunlardan isə 1 xal götürsək, artıq növbəti mərhələ haqda düşünəcəyik. Bu da həm “Qarabağ”, həm də Azәrbaycan xalqı ucun böyük  hadisә olacaq”.