“Qara Qarayev “Malaqa”nın düşərgəsinə AFFA tərəfindən bu ilin iyul ayında göndərilib. Səfər zamanı futbolçunu əsas yığmanın seleksiyaçısı Riad Rəfiyev müşayiət edib”. Bunu apasport.az saytına açıqlamasında AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu deyib.
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının və “Əlincə” klubunun üzvü Qara Qarayev 5 ay düşərgəsində olduğu İspaniyanın “Malaqa” klubuna qayıtmaqdan imtina edib və “İnter”lə müqavilə imzalayıb.
Onun bu addımına münasibət bildirən AFFA rəsmisi söyləyib ki, İspaniyaya qayıtmasının vacibliyi Qarayevə dəfələrlə deyilsə də, gənc oyunçu buna əməl etməyib: “2016-cı ilin mart ayına qədər İspaniyada qalmaq və yemək xərcləri AFFA tərəfindən ödənilən futbolçuya və atasına bildirilib ki, 18 yaşı tamam olduqdan sonra onun “Malaqa” ilə müqavilə imzalaması nəzərdə tutulub. Ötən ilin noyabr ayında Azərbaycanın U-19 yığmasının baş məşqçisi Nazim Süleymanov Avropa çempionatına hazırlıq məqsədilə təşkil edilmiş təlim-məşq toplanışına Qara Qarayevi də dəvət etdi. Hazırlıq prosesi zamanı futbolçu zədələndi. AFFA digərləri kimi, onun müalicəsini də həyata keçirmək istəyirdi. Amma futbolçu və atası bu təklifdən imtina etdi. Qarayev müalicə almaq üçün “Sumqayıt” klubuna müraciət etdərək müalicə olundu. Futbolçu bərpa prosesi keçdikdən sonra “Malaqa”nın düşərgəsində dönməli idi. Bunu dəfələrlə ona xatırlatsaq da, İspaniya klubuna dönməkdən imtina etdi və karyerasını yerli klublardan birində davam etdirmək istədiyini bildirdi”.
Mikayıl Nərimanoğlu buna baxmayaraq, AFFA-nın gələcəkdə də istedadlı futbolçulara dəstək olmağa çalışacağını bildirib.
- Ronaldo özünü “xəyanətə uğramış” hiss edir – Jezuş yalan danışıb
- Sabiq "Yunayted"li "Portu"da: 36 yaşlı müdafiəçi ilə 1 illik müqavilə
- Batrakov Türkiyə tribunalarına heyran qalıb: “65 min nəfər səs salanda meydanda heç nə eşidilmir”
- Kurtua hakimlikdən danışdı: “Bizə bir cür izah edirlər, bir həftə sonra əksini edirlər”
- Türkiyə millisində iki yeni çağırış – U-21-dən əsas yığmaya