[b]Qara Qarayevin zədəsinə ilkin diaqnoz qoyuldu[/b]
14.03.2016 - 17:07
[b]Qara Qarayevin zədəsinə ilkin diaqnoz qoyuldu[/b]

Topaz Premyer Liqasının XXV turunda “Rəvan”a qalib gəlmiş “İnter”in daha bir futbolçusu zədələnib. Apasport.az saytının məlumatına görə, kapitan Nizami Hacıyevin ardınca gənc hücumçu Qara Qarayev də sıradan çıxıb.

 

Dünənki qarşılaşmada start heyətində yer alan 18 yaşlı futbolçu matçın əvvəlindəcə zədələnib. Bu səbəbdən Qarayev 15-ci dəqiqədə yerini komanda yoldaşı Mirsahib Abbasova təhvil vermək məcburiyyətində qalıb.

 

Klubun meneceri Aleksey Barvinski əməkdaşımızla söhbətində Qaranın MRT-dən (Maqnit Rezonans Tomoqrafiyası) keçməli olduğunu bildirib: “Qarayev oyunun əvvəlində ayağından zərbə aldı. Məhz bu səbəbdən əvəzlənməli oldu. İlkin ehtimala görə, zədəsi ciddi deyil. Amma həkimlər dəqiq cavabın MRT-dən sonra çıxacağını bildiriblər”.

 

Qeyd edək ki, “İnter”in heyətinə qışda cəlb olunan Qara Qarayev Premyer Liqanın cari mövsümündə 4 oyunda forma geyinib.