[b]Qattuzo ilə bağlı qərar verildi[/b]
26.03.2018 - 15:54
[b]Qattuzo ilə bağlı qərar verildi[/b]

“Milan”ın baş məşqçisi Cennaro Qattuzonun taleyinə aydınlıq gəlib. Apasport.az-ın İtaliya mətbuatına istinadən məlumatına görə, “rossonyerlər” gənc mütəxəssisin işindən məmnundu.

 

Bu üzdən klub rəhbərliyi onunla yeni anlaşma əldə etmək qərarına gəlib. Qattuzo klubu ilə müqavilə müddətini 2021-ci ilin yayına qədər razılaşdırıb. O, bu həftə - “Yuventus”la qarşıdakı matça qədər rəsmi sözləşməyə qol çəkəcək.

 

Qeyd edək ki, “Milan” A seriyasının XXX turu çərçivəsində martın 31-də “Yuventus”un qonağı olacaq.